Sumaq yeyirsinizsə, şanslısınız - Çünki…

Xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunan sumağın faydaları saymaqla bitmir.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərkibi antibakterial və antioksidant maddələrlə zəngin olan sumaq həzmsizlik və iştahsızlığı aradan qaldırmaqda həmçinin, qusma və ishal zamanı, boğaz və diş əti xəstəlikləri kimi bir çox xəstəliyin müalicəsində müsbət nəticələr verir.

Amerikada aparılan araşdırmalar zamanı məlum olub ki, sumaq xərçəngə, ürək xəstəliklərinə və qocalmağa səbəb olan sərbəst radikalları təsirsiz hala gətirir.

Sumaq yabanı bitkidir. 3 metrə qədər uzanan kolu var. Ağ çiçəkləri qırmızı meyvə verir, amma bunlar böyümədən toplanır, qurudulur və saxlanılır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR