"Air Arabia" Şarjadan Bakıya uçuşlar yerinə yetirəcək - FOTOLAR

"Air Arabia" Şarjadan Bakıya uçuşlar yerinə yetirəcək - FOTOLAR
13:09 22 Fevral 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

 

Birləşmiş Ərəb Əmirliyinin “Air Arabia” aviaşirkəti mart ayından Şarja-Bakı-Şarja  istiqamətində uçuşlara başlayacaq.

 

“APA-Economics” xəbər verir ki, bu barədə “Sky Star Travel” turizm şirkətinin yeni layihəsinin təqdimat mərasimində məlumat verilib.

 

Bununla bağlı bu ilin yanvarında “Sky Star Travel” şirkəti ilə “Air Arabia” aviaşirkəti arasında müqavilə imzalanıb.

 

"Air Arabia" şirkətinin meneceri Konstantin Kurilo “Sky Star Travel”in turizm sahəsinin inkişafı istiqamətində təşəbbüslərlə çıxış edərək, maraqlı layihələr həyata keçirdiyini deyib. Qeyd olunub ki, Azərbaycan uğurlu iqtisadi inkişafı və dayanıqlı ictimai-siyasi sabitliyi nəticəsində xarici turistlər və investorlar üçün cəlbedici ölkəyə çevrilib: “Bu ilin martından etibarən "Air Arabia" Şarja-Bakı-Şarja istiqamətində 162 yerlik “Airbus 320” təyyarələri ilə həftədə 4 dəfə olmaqla, mütəmadi uçuşlara başlayacaq”.

 

K. Kurilo bildirib ki, “Air Arabia” şirkəti dünyanın tanınmış və nəhəng loukosteridir (aşağıbüdcəli aviaşirkət): “Şirkətin əsas şüarı “Müştərilərin puluna qənaət etmək”dir. Bu cür dünya nəhənginin Azərbaycanı seçməsi isə iqtisadi inkişafın və sabitliyin göstəricisidir. Şirkətin Azərbaycana daxil olması ilə fəxr edirik”.

 

Müqaviləyə əsasən, “Sky Star Travel” dünyanın tanınmış aviaşirkəti olan "Air Arabia"nın Azərbaycandakı rəsmi baş satış agenti təyin edilib.

 

Qeyd edək ki, "Air Arabia" Yaxın Şərq, Şimali Afrika, Asiya və Avropa ərazisində fəaliyyət göstərən 120-dən çox marşrut xətti üzrə uçuşlar təşkil edir. Səyahətçilər daxili turizmlə yanaşı, Şarja-Qəbələ, Şarja-Naxçıvan istiqamətlərində birbaşa aviareyslərdən də istifadə edə biləcəklər.

 

“Sky Star Travel” şirkətinin əməliyyat üzrə direktoru Emil Məmmədov bildirib ki, “Sky Star Travel” olaraq “Air Arabia” şirkətini Azərbaycanda təmsilçilik hüququnu qazanıb. Onun sözlərinə görə, mart ayının ortasından başlayaraq “Air Arabia” şirkəti Şarja-Bakı-Şarja aviareysləri həyata keçirəcək: “İlkin olaraq həftədə 4 reys nəzərdə tutulur. Lakin müştəri sayından asılı olaraq reyslər artırıla bilər”.

 

“Air Arabia” şirkəti haqqında danışan E. Məmmədov bildirib ki, bu şirkəti 125 istiqamətdə çox böyük şəbəkəsi var: “Ölkəmizdə turizmin inkişafı belə bir layihənin həyata keçirməsinə kömək edib. “Air Arabia” vasitəsilə ərəb ölkələrindən, Hindistandan ölkəmizə çoxlu sayda turist gəlir. Həmçinin yerli müştərilərimizə Baki-Şarja-Bakı aviareysi üçün aviabiletlər, viza və turizm paketləri təqdim edə biləcəyik. “Air Arabia”nın bir çox üstünlükləri var. Şirkəti öz “miles” (mayls) sistemi də var ki, müştərilər müəyyən xallar toplayıb, gələcəkdə pulsuz aviabiletlər əldə edə biləcəklər”.

 

O vurğulayıb ki, Azərbaycan bazarı olduqca rəqabətlidir: “Sky Star Travel” olaraq bu xoşbəxtliyin məhz bizə nəsib olduğuna görə çox şadıq. Biz də əlimizdən gələni edəcəyik ki, həm gələn xarici müştəriləri, həm də yerli müştəriləri məmnun yola salaq”.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR