Ermənistanın baş naziri İrana səfər edəcək

Ermənistanın baş naziri İrana səfər edəcək
13:27 22 Fevral 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Ermənistanın baş naziri Karen Karapetyan mart ayının ortalarında İran İslam Respublikasına səfər edəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevanın Tehrandakı səfiri Artaşes Tumanyanla Tehran Ticarət-Sənaye Palatasının rəhbəri Məsud Xansari onun səfəri ilə bağlı məsələni müzakirə ediblər.
Ermənistan səfiri bildirib ki, baş nazirin səfəri iki ölkə prezidentləri arasında əldə edilən razılaşma çərçivəsində reallaşacaq: "Səfər yaxın zamana planlaşdırılıb. Baş nazirin səfəri İranın yeni il bayramınadək, martın 21-dək gerçəkləşə bilər”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanin-bas-naziri-i-rana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR