"Citibank" neftin 70 dollar/barelədək bahalaşacağını proqnozlaşdırır

"Citibank" neftin 70 dollar/barelədək bahalaşacağını proqnozlaşdırır
13:27 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti tələb və təklifin tarazlıq əldə ediləndən sonra bu ilin sonuna qədər 70 dollar/barelə yüksələcək. "Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, bu proqnozla ABŞ "Citibank"nın analitikləri çıxış ediblər. Yaxın aylarda isə neftin qiymətinin 53-58 dollar/barel diapazonunda qalacağı ehtimal edilir.
Bankın hesabatında bildirilir ki, neftin orta qiymətinin I rübdə 55 dollar/barel, II rübdə isə 56 dollar/barel təşkil edəcəyi gözlənilir. Xatırladaq ki, Bankın bundan əvvəlki proqnoz hesabatında bu göstəricilər müvafiq olaraq 50 və 54 dollar/barel olub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/citibank-neftin-70-dollar-bareledek-bahalasacagini-proqnozlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR