Böyrəklərindən 56 daş çıxarıldı- 5 aylıq körpə... / FOTOLAR

Türkiyədə inanılmaz hadisə baş verib. Həkimlər səhhətində ciddi problemlərin olduğu 5 aylıq körpəni əməliyyat edərkən gözlərinə inanmayıb. 

Metbuat.az xəbər verir ki, onun böyrəklərindən fərqli ölçüdə 56 ədəd daş çıxıb. Hazırda körpənin səhhəti normaldır. Həkimlərin sözlərinə görə, uşağın böyrəyindəki daşlar onun orqanlarının fəaliyyətinin dayanmasına yol açıbmış. Bu üzdən körpənin 5 aylıq olmasına baxmayaraq tibbi işçiləri onun əməliyyat olunmasına qərar verib. 

Qeyd edək ki, dünyada nadir görünən hadisə ən çətin tibbi əməliyyatlardan biri hesab edilir.

Sübhan / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR