İran parlamenti yeni il üçün dövlət büdcəsini təsdiqləyib

İran parlamenti yeni il üçün dövlət büdcəsini təsdiqləyib
14:02 22 Fevral 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ İran parlamenti hicri-şəmsi təqvimi ilə 1396-cı il (2017-ci il martın 21-dən 2018-ci il martın 20-dək) üçün dövlət büdcəsini təsdiqləyib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, dövlət büdcəsi 300 milyard dollar (320 trln. tümən) təşkil edəcək. Bu rəqəm də cari büdcədən 8,84 faiz çoxdur.
Məlumata görə, deputatların 111-i büdcə layihəsinin lehinə, 70-i əleyhinə səs verib, 5 deputat isə tərəfsiz qalıb. Ümumilikdə parlamentin işində 202 deputat iştirak edib.
Xəbərdə bildirilib ki, İranın dövlət büdcəsində yeni il üçün neftin bir bareli 50 dollar götürülüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-parlamenti-yeni-il-ucun-dovlet-budcesini-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR