Qurbanovla Qriqorçuk ən yaxşılar arasında

Qurbanovla Qriqorçuk ən yaxşılar arasında
14:07 22 Fevral 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Fanat.Az xəbər verir ki, "World Coach Ranking"in hazırladığı siyahıda 1000 baş məşqçi yer alıb.


Reytinq siyahısına Azərbaycandan yenə iki baş məşqçi düşüb. "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova CAR-ın "Orlando Pirates" klubunun norveçli baş məşqçisi Kyell Yonevretlə birlikdə 451-452-ci pillələri bölüşür. Onların aktivində 1361 xal var. Qurbanov ötən aykı mövqeyini qoruyub. 


"Qəbələ"nin baş məşqçisi 625-ci yerə yüksəlib. Ukraynalı mütəxəssis ötən ayla müqayisədə pillə irəliləyib. Onun aktivində 852 xal var.


Qeyd edək ki, siyahıya “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir.  Luis Enrike (“Barselona) 2-ci, Dieqo Simeone (“Atletiko”) isə 3-cüdür.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurbanovla-qriqorcuk-n-yaxlar-arasnda-t56452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR