Mariya Stadnik kazinoda neçə dollar qazanıb? - FOTO

Mariya Stadnik kazinoda neçə dollar qazanıb? - FOTO
14:22 22 Fevral 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Las-Veqasda dünya çempionatında olarkən orada çoxsaylı kazino gördüm. Demək olar ki, hər oteldə ruletka, avtomat və kart oyunları var. Özü də bunu təkcə kişilər deyil, qadınlar da oynayırlar".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu belaruslu güləşçi Mariya Mamoşuk açıqlayıb.

Rio Olimpiadasında gümüş medal qazanan idmançı vətənində verdiyi müsahibədə həmkarlarının qumara meylli olmasından danışıb.

Maraqlıdır ki, Mamoşuk pəhləvanlar arasında yalnız yığmamızın tanınmış güləşçisi Mariya Stadnikin adını açıqlayıb: "Las-Veqasda belə bir səhnənin şahidi oldum ki, əsa ilə gəzən qoca da ağzında siqaret avtomatın düymələrini döyəcləyirdi. Həmin vaxt əksər güləşçilər kazinoda oynayırdılar. Azərbaycandan olan tanışım Mariya Stadnik 300 və ya 400 dollar udmağı da bacardı. Mən də bəxtimi sınadım. Ruletka və avtomatda oynadım, amma bəxtim gətirmədi. 15 dollar uduzub, oranı tərk etdim. Bu da bəsim idi".
 
Qeyd edək ki, Las-Veqas-2015-də Mariya Stadnik də finalda uduzmuşdu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR