"Şapekoense"nin qəzada sağ qalan qapıçısı Paralimpiya Oyunlarında çıxış etmək istəyir

"Şapekoense"nin qəzada sağ qalan qapıçısı Paralimpiya Oyunlarında çıxış etmək istəyir
14:22 22 Fevral 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Braziliyanın "Şapekoense" futbol komandasının təyyarə qəzasında ayağını itirən qapıçısı Cekson Follman gələcəkdə Yay Paralimpiya Oyunlarında çıxış etmək istəyir. "Report"un məlumatına görə, bu barədə 25 yaşlı qolkiperin özü yerli telekanala açıqlamasında bildirib.
Həmişə idmançı olacağını və "Şapekoense"nin qapıçısı kimi qalacağını deyən Folmann paralimpiadada çıxış etmək niyyətini ifadə edib. O, qəzadan sonra baş verənləri belə xatırladıb: "Gözümü açaraq ayıldıqda çox qaranlıq və soyuq idi. Titrəyirdim. "Kömək edin, ölmək istəmirəm" deyə qışqırdım. Hələ sağ olan dostlarımdan bir neçəsi də sağ idi, qışqırırdılar. Xilasedicilərin gəldiklərini də duydum".
Qeyd edək ki, 2016-cı il noyabrın 29-da Kolumbiyada baş vermiş təyyarə qəzasında 77 nəfərdən cəmi 6-sı sağ qalıb. Onlardan 3-ü futbolçu olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sapekoense-nin-qezada-sag-qalan-qapicisi-paralimpiya-oyunlarinda-cixis-etmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR