Beynəlxalq Valyuta Fondu üzv ölkələrin valyuta siyasətini araşdıracaq

Beynəlxalq Valyuta Fondu üzv ölkələrin valyuta siyasətini araşdıracaq
14:22 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ ABŞ-ın maliyyə naziri Stiven Manuçin Beynəlxalq Valyuta Fondunun (İMF) rəhbəri Kristin Laqardla telefon danışığı zamanı ona, öz səlahiyyətlərindən istifadə edərək İMF-ə üzv olan ölkələrin valyuta siyasətlərini yoxlamağa çağırıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın Prezidentinin Administrasiyası başda Çin olmaqla, Avropa İttifaqı və Yaponiyanı öz valyutalarını bilərəkdən ucuzlaşdırmaqda və bununla da ABŞ bazarında qeyri-ədalətli rəqabət üstünlüyünə cəhd etməkdə ittiham edib.
Xatırladaq ki, hazırda 189 ölkə İMF-in üzvüdür. Azərbaycanın İMF-də kvotası 391,7 mln. SDR (Special Drawing Rights) və ya 0,08% təşkil edir. Ən çox kvotaya isə 17,46%-lə ABŞ sahibdir. SDR - dollar (41,73%), avro (30,93%), yuan (10,92%), yen (8,33%) və funt sterlinqdən (8,09%) ibarət olan xüsusi ehtiyat ödəniş vasitəsidir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/beynelxalq-valyuta-fondu-uzv-olkelerin-valyuta-siyasetini-arasdiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR