Aynur Dadaşova: "Boşansam, bunu gizlətmərəm" - FOTO

Aynur Dadaşova: "Boşansam, bunu gizlətmərəm" - FOTO
14:27 22 Fevral 2017
534 Şou
Ölkə mətbuatı
A- A+

"Artıq məni efirlərdə tez-tez görəcəksiniz. Tamaşaçılar elə bilirdilər ki, daha efirə qayıtmayacağam. Yeni mahnılar üzərində çalışıram. Bu dəfə fasilə olmayacaq. Davamlı səhnələrdə olacağam. Sevənlərim çoxdur. Sevilən bir ifaçı üçün də yenidən sənətə qayıtmaq çətin deyil".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aynur Dadaşova açıqlamasında deyib. 

"Lider" telekanalının bayram konsertinə qatılan ifaçı "Xəbər yayıldı ki, həyat yoldaşınızdan ayrılmısınız, ona görə də sənətə qayıtdınız" sözlərinə belə cavab verib:

"Verilişlərə qonaq gedəndə deyirəm ki, bu barədə sual verməsinlər. İstəyirəm ki, sənətimlə gündəmdə olum. Belə bir şey varsa, deyərdim, amma yoxdur. Bu barədə danışmaq da istəmirəm. Övladlarımın qayğısına qalmaq üçün sənətdən uzaqlaşmışdım. Artıq 16 il oldu. Efir üçün darıxırdım. Yeni klip üzərində işləyirik".

Sənətçi şou-biznesdəki yeniliklərdən də söz açıb:

"Əvvəllər tamaşaçılar yalnız televiziya vasitəsilə yeni işlərimiz barəsində məlumat əldə edə bilirdilərsə, indi mətbuat orqanlarının sayı artıb. Hər yerdən bu haqda informasiya ala bilirlər. Sevindirici haldır ki, hər şey yaxşılığa doğru dəyişib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/520050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR