Türkiyə ordusunda qadınlara qoyulmuş həmin qadağa ləğv edildi

Türkiyə ordusunda qadınlara qoyulmuş həmin qadağa ləğv edildi
14:34 22 Fevral 2017
254 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrində qadınların baş örtüyü ilə bağlı tələb ləğv edilib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, bundan sonra hərbi xidmət yerində olan qadınlar istəsələr, hicab geyinə biləcəklər. Halbuki daha əvvəl nizamnamədə bununla bağlı konkret tələb qoyulmuşdu və hərbçi qadınların hərbi geyim formasından kənara çıxmasına yol verilmirdi.

 

Bildirilir ki, yeni qaydalar hərbi təhsil alan xanımlara da aid ediləcək.

 

Qeyd edək ki, 2013-cü ilin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrində 1713 qadın xidmət edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR