​Dünya ölkələri bəla ilə qarşı-qarşıya! - Ölkədə təcili olaraq vergi islahatı həyata keçirilməsə...

Dollar dəyər qazandıqca, ABŞ məhsulları da bahalaşmağa başlayır.

İqtisadçı Pərviz Heydərov Metbuat.az-a açıqlamasında bildirir ki, dünya ölkələrinin valyutaları ucuzlaşma yarışına daha dolğun şəkildə girdikcə, Amerikaya idxal hər ay bir az da sərfəli xarakter daşımalı olur:

“Amerikada 10-dan çox nəhəng istehsalçı şirkətlərin rəhbərləri ölkə qanunvericiliyinə müraciət ediblər ki, tezliklə idxal mallarının ucuzluğuna, ixrac üçün isə böyük çətinliklər yaradan, yəni onun bahalığına şərait yaradan vergi və rüsumlar da daxil hər cür mövcud maneələrin aradan qaldırılsın. Sözügedən şirkətlər sırasına Boeing, Caterpillar, Raytheon, United Technologies kimi məşhur qurumlar daxildir. Sual yaranır ki, bu tendensiya vəziyyəti hara aparır? Təbii ki, növbəti amerikan böhranına. Məsələ əslində, aydındır. Düzdür, ABŞ iqtisadiyyatı hazırda yüksəlişdədir, artım var, məşğulluq səviyyəsi qənaətbəxş səviyyədədir, inflyasiya nəzərdə tutulan tempdədir. Amma ölkədə təcili olaraq vergi islahatı həyata keçirilməsə, import imkanları sadələşdirilməsə və ən əsası isə dollar dünya üzrə nisbətən ucuzlaşdırılmasa, hazırki dinamik inkişaf "baş gicəllənməsi" yaradacaq. Bu isə ən pis şəkildə məhz dünya ölkələrinin başında çatlaya bilər. Özü də bu dəfə daha pis şəkildə.

Sözün qısası, Amerika iqtisadiyyatının həddindən artıq yüksəlişi də Dünya ölkələri üçün bəladır, böhranlı vəziyyətlə üzləşməsi də”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR