Samiraldo filmə çəkilir - "AÇILDI?"

Samiraldo filmə çəkilir - "AÇILDI?"
15:14 22 Fevral 2017
208 Digər
Ölkə mətbuatı
A- A+

Stilist Samir Əliyev ötən gecə paytaxtda geyim mağazalarının açılışında iştirak edib.
 
O, APA TV-yə eksklüziv açıqlamasında bildirdi ki, bu il bir ilkə imza atmağı planlaşdırır: “Bir az başım qarışıqdır. Bu yaxınlarda film çəkiləcək. Baş rolda mənəm”.
 
Bəli, stilist Samiraldo filmə çəkiləcək. Lakin bu, adi film deyil. Ekran əsəri Samir Əliyevin həyatına həsr olunub: “Filmin rejissoru Ceyhun Məmmədovdur. Filmin adı da “Açıldı?” olacaq”.
 
Komediya janrında çəkiləcək ekran əsəri Samiraldonun gündəlik həyatı barədədir. Samir Əliyev əlavə edib ki, filmdə onun yaxın adamları da iştirak edəcək. Lakin onların kimliyi hələ ki, dəqiq deyil: “Sırf təbii film olacaq. İndiki filmlərdə sünilik çoxdur. Amma burada sünilik olmayacaq. Necə ki, Misir Mərdanovla bağlı videoda təbiilik var, film də elə təbii olacaq”.
 
Qubada, Şəkidə və digər bölgələrdə reallaşacaq çəkilişlərə may ayında start veriləcək. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR