“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağında yeni quyu istismara verilib
15:27 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ “Günəşli” yatağındakı 19 saylı dərin dəniz özülündə 75 nömrəli quyu geoloji tədbirdən sonra, məhsuldar qat çöküntülərinin qırməkiüstü qumlu lay dəstəsindən 3324-2981 metr intervaldan mənimsənilib. 
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkləti (SOCAR) məlumat yayıb.
Məlumatda deyilir ki, quyu gündəlik 20 ton kondensat və 280 min kubmetr qaz hasilatı ilə istismara verilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gunesli-yataginda-yeni-quyu-istismara-verilib-111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR