Nalbandyan Lavrovla görüşdü

Nalbandyan Lavrovla görüşdü
15:27 22 Fevral 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Rusiyaya səfəri başlayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, səfər Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış "Əbədi Məşəl Abidəsi"nin önünə gül qoyulması və "Naməlum əsgərin məzarı"nı ziyarətlə başlayıb.

Daha sonra Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Nazirlər Rusiya XİN-in iqamətgahında iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan sərgi ilə tanış olublar. Sərgi ilə tanışlıqdan sonra nazirlərin təkbətək görüşü baş tutub. 

Görüşdə nazirlər iki ölkə arasında münasibətlər, eyni zamanda hərbi və hərbi texniki sahədə əməkdaşlığa dair müzakirələrin aparılacağını deyiblər. Daha sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR