Əlil tələbələr təhsil haqqından azad edildilər

Əlil tələbələr təhsil haqqından azad edildilər
15:32 22 Fevral 2017
218 Ölkə
Ölkə mətbuatı
A- A+

Əlil tələbələri təhsil haqqından azad ediliblər.

Milli.Az xəbər verir ki, bu haqda təhsil eksperti Kamran Əsədov şəxsi sosial şəbəkə hesabında yazıb:

"Əziz dostlar, çox gözəl bir xəbəri sizinlə bölüşmək istəyirəm:

Bilirsiz ki, uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul oluram (O məktəbin müəllimi olmasam da). Təmənnasız olaraq ali məktəblərə hazırladığım abituriyentlər yüksək ballarla dövlət və özəl ali məktəblərə qəbul olublar. 

Xatırlayırsızsa, onların təhsil haqqı ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim.

Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.

Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Hörmətli millət vəkili Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15-ə qədər hal-hazırda təhsil alan tələbələrin (bunlardan əlavə 7-si bitirib) siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı, özəl universitetdə təhsil alan tələbələr də var idi.

Bu gün həmin tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub. 

Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2-ci qrup) tələbələri təhsil haqqından azad edib. 

Çox sağ olun, hörmətli Nazir Mikayıl Cabbarov, çox sağ olun, hörmətli millət vəkili Qənirə xanım Paşayeva.

Bu, tələblərə böyük stimul verdi. Onları sevindirdiyiniz üçün həm öz adımdan, həm də tələbələr adından təşəkkür edirəm".

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR