Əfqanıstanda bazarda partlayış olub, 4 nəfər ölüb, 22 nəfər yaralanıb

Əfqanıstanda bazarda partlayış olub, 4 nəfər ölüb, 22 nəfər yaralanıb
15:47 22 Fevral 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Əfqanıstanın cənub-şərqində yerləşən Paktike əyalətindəki bazarda partlayışın törədilməsi nəticəsində azı 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
“Report” “Khaama”ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri bildiriblər.
Məlumata görə, partlayış mopedə quraşdırılımış bombanın partlaması nəticəsində törədilib.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Xəbərdə bildirilib ki, partlayışı törədən “Taliban” üzvüdür.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-bazarda-partlayis-olub-4-nefer-olub-22-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR