Bahar stilinin zəruri atributu: miniatür və parlaq çantalar - FOTOLAR

Bahar stilinin zəruri atributu: miniatür və parlaq çantalar - FOTOLAR
15:48 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Cəmi bir sadə üsulla yaz stilini nəzərəçarpacaq dərəcədə zənginləşdirmək olar. Bu sadə üsulu kiçik ölçülü çantalar sayəsində həyata keçirəcəksiniz.

Publika.az xəbər verir ki, yeni mövsümdə qadın çantalarının həddən artıq parlaq və mini variantı çox məşhurdur. Bu çantaları xüsusilə ən adlı-sanlı modapərəstlər taxır. Bu halda siz niyə onlardan biri olmayasınız?

Yaz-yay mövsümü kolleksiyalarının nümayişi zamanı dizaynerlər bir-birindən fərqli modellər təklif edib. Onlar arasında hətta telefonlarımızın yerləşmədiyi kiçik ölçülü, zəncirli və qutu kimi çantalar xüsusilə seçilir. Mini çantaların əsas özəlliyi pul qabı qədər kiçik olmasıdır. Yəni, qadınlar daha çantalarına lazımsız və dəxilsiz əşyaları doldura bilməyəcək. Onların içinə kredit kartı, brelok, açar və yalnız pomada kimi ən zəruri əşyaları yerləşdirmək mümkün olacaq. Kiçik çantaları sevməyənlərə dizaynerlər nisbətən daha böyük modelləri taxmağı məsləhət görür.

Çantaların dizaynı da diqqətə layiqdir. Çiçək motivlərinin bahar aylarının əsas bəzək elementi olduğunu hamımız yaxşı bilirik. Çiçək motivləri demək olar ki, bütün markaların çanta kolleksiyalarında görə dəyir. Çiçək motivləri çantaları bəzəyərək xanımlara zərif obraz yaratmağa kömək edir. Bir sözlə, bahar əhval-ruhiyyəsi bu aksessuarda öz əksini tapıb.

Aytən

























Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/188874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR