Anasının görüntüsü Xuramanı ağlatdı - FOTO

Anasının görüntüsü Xuramanı ağlatdı - FOTO
15:57 22 Fevral 2017
461 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xuraman Şuşalı "5/5" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal ifaçıya gözləmədiyi sual ünvanlayıb. 

Sənətçi "Oxumurdun, radiodan da mahnılarını çıxartdırdın. İndi gördün ki, qazanc, pul yoxdur başladın yenə oxumağa, toylara getməyə" sözlərinə belə cavab verib:

"Müğənnilikdən getdim, 3 il fasilə verdim. Amma qazanca görə geri qayıtmadım. Mənim dekor evim var, onla da pul qazanıram. Efirlərə qonaq gedirdim, amma mahnı oxumurdum".

Daha sonra efirdə X.Şuşalının dünyasını dəyişən anasının görüntüləri yayımlanıb. 

Göz yaşını saxlaya bilməyən müğənni atasını və anasını xatırlayıb:

"Atam 1995-ci ildə dünyasını dəyişib. Müharibədə yaralanmışdı, 3 il yataq xəstəsi oldu. Uşağım dünyaya gələndən sonra anam mənimlə qaldı. Sonra qardaşımın yanına köçdü. Özü xəstəliyini bilmirdi. 65 yaşında anamı itirdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/520137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR