Bu universitetin müəllimlərinin maaşı artırıldı

Bu universitetin müəllimlərinin maaşı artırıldı
16:03 22 Fevral 2017
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Texniki Universitetində (AzTU) əmək haqları minimum 50 manat artırılıb.

ATU-dan Publika.az-a verilən məlumata görə, əməkdaşlardan bəzilərinin maaşı 100 manata kimi yüksəldilib ki, bu da universitet rəhbərliyinin işində müvəffəqiyyət qazanan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması qərarı ilə bağlı olub. Ölkənin sosial-iqtisadi siyasətinə uyğun olaraq universitetin Elmi Şurasında qəbul edilən qərar 700-ə yaxın əməkdaşa şamil edilib.

Əməkhaqlarının artırılması ilə bağlı qərarın əhatə etdiyi əməkdaşlar sırasına professor-müəllim heyəti və inzibati işçilər daxil edilməyib. Bu da AzTU-da professor-müəllim heyəti və inzibati işçilərin maaşlarının daha əvvəl yüksəldilməsi ilə əlaqədardır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/188873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR