AMB hərraca çıxardığı notların 25%-ni sata bilib

AMB hərraca çıxardığı notların 25%-ni sata bilib
16:52 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200853S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 mln. manat, bir birinin nominal dəyəri 100 manat, tədavül müddəti 35 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 4 investor tərəfindən 4 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 12 375 600 manat (hərraca çıxarılmış notların 24,75%-i qədər) təşkil edib. Sifarişlər 98,5632 manat (14,9939%) - 99,7500 manat (13,0198%) qiymətində təqdim olunub.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,5632 AZN (14,9939%), orta ölçülmüş qiyməti isə 98,5789 manat (14,8277%) olmaqla AMB tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 12 375 600 manat məbləğində müəyyən edilib.
Qiymətli kağzların ödəmə tarixi 29 mart 2017-ci ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-herraca-cixardigi-notlarin-25-ni-sata-bilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR