Fransanın nüfuzlu jurnalı Ermənistanı Xocalı soyqırımında İTTİHAM ETDİ

Fransanın nüfuzlu jurnalı Ermənistanı Xocalı soyqırımında  İTTİHAM ETDİ
16:57 22 Fevral 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransanın nüfuzlu "La Revue" nəşri Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş məqalə dərc edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, jurnalın mart-aprel ayları üçün çap olunan nömrəsində Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklər əks etdirilib.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs olunur və vurğulanır ki, "Human Rights Watch" təşkilatı Xocalı faciəsini "regionun ən böyük qırğını" adlandırıb.

Ermənistan prezidenti Serj Sarkisyan daha əvvəl jurnalistlərə açıqlamasında Xocalı hadisələrinin erməni qoşunları tərəfindən törədildiyini etiraf etsə də, peşmançılıq hissindən uzaqdır. Bu şərtlərdə tərəflər arasında dialoq həqiqətən də çox çətindir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR