Sabah Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Sabah Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq
17:02 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Sabah səhər saatlarından Bakının Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq. 
Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 
Məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saat çəkəcək. Buna səbəb aparılacaq təmir işləridir. 
"Göstərilən müddət ərzində sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə cəmiyyətin məlumatında qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/sabah-bakinin-merkezinde-hereket-mehdudlasdirilacaq11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR