Sabah bu yol bağlı olacaq - Sürücülərin DİQQƏTİNƏ

Sabah bu yol bağlı olacaq - Sürücülərin DİQQƏTİNƏ
17:04 22 Fevral 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Fevralın 23-də səhər saatlarından Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

 

“Azəryol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu, həmin istiqamətdə aparılan təmir işləri ilə əlaqədardır. Hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.

 

Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR