Prosineçki legionerlərdən imtina etdi

Prosineçki legionerlərdən imtina etdi
17:07 22 Fevral 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

"Qətərlə oyun üçün təxminən 25 futbolçuya dəvət göndərmək niyyətindəyəm. Onlar yalnız ölkə çempionatında oynayanlar olacaq". Fanat.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

“CBC Sport”a danışan xorvat mütəxəssis legionerlərə dəvət göndərməyəcəyini bildirib: "Yoldaşlıq görüşü olduğundan, legionerləri çağırmayacağam. Həm də çıxış etdiyi klublar onları çətin buraxsın. Məsələn, Ramil Şeydayevə dəvət göndərsəm, o, yeni klubunda 4 gün məşq prosesini buraxacaq və heyətə düşmə şansları azalacaq. Bu sözlər Dəniz Yılmaz, Eddi İsrafilov, Dmitri Nazarova da aiddi. Amma dəvət göndərəcəklərim arasında 2 yeni futbolçu olacaq. Hansı ki, onları heç vaxt millidə görməmisiniz".

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-legionerlrdn-imtina-etdi-t56459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR