Yoxa çıxan kişini öldürüb meşədə basdırıblarmış - FOTO

Yoxa çıxan kişini öldürüb meşədə basdırıblarmış - FOTO
17:37 22 Fevral 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Konyada iki şəxs tərəfindən tüfənglə öldürüldüyü iddia edilən gəncin cəsədi Antalyanın Manavqat mahalındakı meşəlik sahədə basdırılmış halda tapılıb.

Milli.Az sözcü-yə istinadən xəbər verir ki, Konyanın Beyşehir mahalında iri buynuzlu mal-qara ticarətiylə məğul olan İbrahim Çakırın evə gəlməməsindən şübhələnən həyat yoldaşı polisə xəbər verib. Çakırın sonuncu dəfə ağ rəngli avtomobilin içində görünməsi sonrası Konya Təhlükəsizlik İdarəsi Cinayət Bürosunun qruplarI hadisəni qısa müddətdə araşdıraraq tüfəng istehsalıyla məşğul olan Yusuf Z.Mehmet S.-ni nəzarətə alıblar.

Yusuf Z. ifadəsində İbrahim Çakır ilə aralarında borc məsələsi olduğunu və bu səbəbdən onu qətlə yetirərək dostu M.Ş. ilə birlikdə Manavgatda meşəlik sahəyə gətirərək basdırdıqlarını deyib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR