Kirkorovdan ÇAĞIRIŞ: ""Avroviziya"dan imtina edin"

Kirkorovdan ÇAĞIRIŞ: ""Avroviziya"dan imtina edin"
17:47 22 Fevral 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın xalq artisti Filipp Kirkorov ölkəsini bu il Ukraynada keçiriləcək "Avroviziya 2017" beynəlxalq mahnı müsabiqəsinə qatılmaqdan imtina etməyə çağırıb.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, sənətçinin belə fikir səsləndirməsinə səbəb mahnı yarışmasının həddən artıq siyasiləşdirilməsi olub.

"Bu yarışma mənə ötən ildən maraqsız olmağa başladı. Mənim üçün "Avroviziya" artıq demək olar ki, fəaliyyət göstərmir. Mən Camalanın qələbəsini şübhə altına almaq istəmirəm. Amma Rusiya təmsilçisi tamaşaçı səsverməsinə görə qalib idi. Lakin Rusiyaya yüksək xal verən ölkələrin münsifləri Rusiyaya sıfır xal verdi. Bu siyasətdir".

Kirkorov, həmçinin ölkəsinə qarşı kobud çıxış edən Ukraynaya getməyin tam əleyhinə çıxıb. O, yarışmanı maraqsız adlandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR