Azərbaycanda yeni şərtlərlə dövlət ipoteka krediti alanların sayı 500-ə çatıb

Azərbaycanda yeni şərtlərlə dövlət ipoteka krediti alanların sayı 500-ə çatıb
17:52 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun (AİF) təşkilati-hüquqi formasını dəyişərək ASC kimi fəaliyyət göstərdiyi son 3 ayda 500 nəfərə ipoteka krediti verilib.
“Report” AİF-ə istinadən xəbər verir ki, bununla da Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alanların ümumi sayı 18 497-yə çatıb.
Yeni şərtlərlə kredit alanlara ümumilikdə 31,602 mln. manat borc verilib. Bu isə adambaşına 63,2 min manat deməkdir.
Bununla da, AİF-in məcmu ipoteka porfteli 762,404 mln. manata yüksəlib.
Xatırladaq ki, "Azərbaycan İpoteka Fondu" ASC ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-yeni-sertlerle-dovlet-ipoteka-krediti-alanlarin-sayi-500-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR