Müğənni Bahar Lətifqızının "Xocalı" layihəsi - FOTO

Müğənni Bahar Lətifqızının "Xocalı" layihəsi - FOTO
17:54 22 Fevral 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Zirə Mədəniyyət Mərkəzində müğənni Bahar Lətifqızının "Xocalı" layihəsi təqdim olunub. Lent.az-ın məlumatına görə, tədbirə qatılanlar sırasında millət vəkilləri Rauf Əliyev, Flora Qasımova, Aydın Hüseynov, Hikmət Babaoğlu da olub. Müğənni zalda əyləşən izləyicilərə layihənin ərsəyə gəlməsi haqda danışıb: "İki il idi ki, "Xocalı" layihəsi üzərində çalışırdıq. Mahnının sözləri Zəlimxan Yaquba, musiqisi isə Aytən Oqtayqızına aiddir. Bu klipi ərsəyə gətirən Nazim Şərbətova, ideya müəllifi olan prodüserim Vəfa Nuriyevaya, həmçinin mənə dəstək olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinə təşəkkürümü bildirirəm. Xocalını Azərbaycana tanıtmaq lazım deyil. Millətimiz erməninin kim olduğunu yaxşı bilir. Klipdə xarici dildə altyazıdan istifadə etmişik. Bunun səbəbi bu soyqırımı bütün dünyaya çatdırmaqdır. İnanıram ki, bütün ölkələr bu video-çarxa baxacaq".

 

 B.Lətifqızı daha sonra uşaqların soyqırımı barədə maarifləndirilməsindən söz açıb: "Uşaqları bağçadan maarifləndirmək lazımdır. Balaca qızım belə klipi izlədikdən sonra mənə dedi ki, silahım olsa ermənini öldürərəm. Çünki onlar bizim körpələrimizi qətlə yetiriblər".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR