Polis məşhur generalın evini mühasirəyə aldı - SON DƏQİQƏ

Əfqanıstanın hüquq-mühafizə orqanları vitse-prezident Rəşid Dostumun paytaxt Kabildəki evini mühasirəyə alıb. İddialara görə, onun yaşadığı iqamətgahın ətrafına zirehli texnika və hərbi qüvvələr yerləşdirilib

Metbuat.az-ın məlumatına görə, hadisəylə bağlı açıqlama verən Dostum belə deyib: "Məni niyə mühasirəyə alsınlar? İŞİD və "Taliban"a qarşı olduğuma görə? Mühasirədə qaldığımı hiss etmirəm". 

Vitse prezident bildirib ki, hərbi qüvvələrin onun evinin ətrafına cəlb edilməsi terror təhlükəsi ilə bağlı ola bilər. Hadisənin təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR