​Şifrələrimizdə niyə doğum tariximizdən istifadə edirik? - Maraqlı araşdırma...

İnternetdəki hansısa bir saytda qeydiyyatdan keçən zaman əksəriyyətimizin ağlına gələn ilk şifrə ad və doğum tarixindən ibarət olur.

Bu tip şifrələr şəxsin yaxınları tərəfindən asanlıqla aşkar edilməsinə baxmayaraq, əksəriyyətimiz hələ də bu üsuldan istifadə edirik. Marqlıdır, görəsən şifrə deyildiyi zaman ağlımıza niyə ilk olaraq doğum tariximiz gəlir?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən psixoloq İbrahim Əsədli bildirib ki, şifrəni daha yaddaqalan etmək üçün insanlar doğum tarixlərindən istifadə edir:

“Psixoloji cəhətdən insanlar adətən rəqəm seçimi zamanı özlərinə məxsus olan rəqəmlərdən istifadə edirlər. Bu cür əhəmiyyətli rəqəmlərə aiddir öz doğum tarixi, sevdiyi insanın doğum tarixi, həyatında baş verən hansısa əlamətdar günün tarixi və s. İnsanlar bu cür tarixləri ona görə istifadə edirlər ki, şifrə daha yaddaqalan olsun. Buna psixoloji texnika deyilir. Doğum tarixindən sonra ən çox istifadə olunan rəqəm telefon nömrəsidir. Avtomobil nömrəsi, yaxud evin nömrəsini də bu siyahıya aid etmək olar”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR