Azərbaycan Prezidenti Bruney-Darüssalamın Sultanını təbrik edib

Azərbaycan Prezidenti Bruney-Darüssalamın Sultanını təbrik edib
18:17 22 Fevral 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, dövlət başçısının təbrikində deyilir: "Əlahəzrət, Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram."

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-bruney-darussalamin-sultanini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR