Azərbaycan vətəndaşı 4Türkiyədə daha bir otel açır

Azərbaycan vətəndaşı 4Türkiyədə daha bir otel açır
18:47 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı iş adamı Əbu Bəkr Türkiyənin Kapadokya bölgəsində otel açır.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, Azərbaycanın "12 Group" Şirkətlər Qrupu tərəfindən Kapadokyada tikiləcək otel bu şirkətin "Ajwa Hotel Sultanahmet"dən sonra Türkiyədə açdığı ikinci oteldir.

1400-cü illərdə inşa edilən qədim karvansaranın restavrasiya edilərək tikilən "Ajwa Hotel Kapadokya"da 52 otaq və 6 villa xidmət göstərəcək.

Fərqli dizaynda təqdim olunacaq otelin divarlarında türk sənətkarlarla yanaşı azərbaycanlı sənətkarların da əl işlərindən ibarət tablolar yer alacaq. Həmçinin Azərbaycandan məxsusi olaraq gətirilmiş ipək xalçalar, klassik bəzəkli işıqlandırmalar, tavan işləmələrinin olduğu otel keyfiyyət ətir və ipək şallar satılacağı hədiyyəlik əşya dükanı, sənət qalereyası və antikvar dükanı ilə tamamlanacaq.

Qeyd edək ki, bu yaxınlarda açılışı olan Azərbaycan əsilli iş adamına məxsus Sultanəhməddəki otelə azərbaycanlı Ramin Nuriyev rəhbərlik edir. 6798 kv metr ərazisi olan otel 61 otaqdan ibarətdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/520234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR