Azərbaycanlı futbolçu Sloveniya klubu ilə yollarını ayırıb

Azərbaycanlı futbolçu Sloveniya klubu ilə yollarını ayırıb
18:52 22 Fevral 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniyanın "Domjale" klubundan ayrılaraq, Bakının AZAL klubuna keçib.

Milli.Az xəbər verir ki, bu barədə report-a AZAL-ın meneceri Eldəniz Yusifov məlumat verib.

Klub rəsmisi bildirib ki, 22 yaşlı yarımmüdafiəçi hazırda AZAL-ın düşərgəsindədir. E.Yusifov Məsimovla müqavilə bağlayacaqlarını söyləyib: "Samir az öncə komandamıza gəlib. Sabah tibbi baxışdan keçdikdən sonra onunla 6 ay + 1 il sistemi ilə müqavilə bağlanılacaq".

Qeyd edək ki, 2016-cı ilin fevralında "Neftçi"dən ayrılaraq, Sloveniyanın "Domjale" klubu ilə 3 illik müqavilə bağlayan Samir Məsimov əsas heyətə düşməkdə çətinlik çəkirdi. O, ötən ilin dekabr ayında Qazaxıstanın "Okjetpes" klubunda baxışda olub, lakin bəyənilməyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR