Türkiyəli futbolçuya yanacaqdoldurma məntəqəsində BÖYÜK ŞOK

Türkiyəli futbolçuya yanacaqdoldurma məntəqəsində BÖYÜK ŞOK
19:05 22 Fevral 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Qış transfer dönəmində "Trabzonspor"dan "Fənərbağça"ya keçmək istəsə də, iki klub arasında maddi razılıq əldə edilmədiyindən qaradənizlilərin də heyətindən kənarlaşdırılan Mehmet Əkici Trabzonda avtomobilinə yanacaq vurmaq üçün yanacaqdoldurma məntəqəsinə gəlib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, adı "tanıma sistemi"ndən çıxarılan futbolçu avtomobilinin yanacağının haqqını cibindən ödəməli olub. Bununla da Əkici komandadan uzaqlaşdırıldığı üçün klubun müqaviləsi olduğu sponsorlardan istifadə haqqına xitam verildiyi məlum olub. 

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR