Neft Daşlarında ölüm hadisəsi

Neft Daşlarında ölüm hadisəsi
19:18 22 Fevral 2017
175 Ölkə
Ölkə mətbuatı
A- A+

"Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.

SOCAR-dan APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində baş verib.

R. Yusifov aldığı xəsarətdən ölüb. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR