Moskvada "Kobra"nın qarşısına çıxan olmadı - FOTO

Moskvada "Kobra"nın qarşısına çıxan olmadı - FOTO
19:38 22 Fevral 2017
168 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanı və “Qəbələ” idman klubunu beynəlxalq arenada uğurla təmsil edən Pərviz Abdullayev növbəti nailiyyətini əldə edib.

Publika.az xəbər verir ki, idmançımız bu dəfə uşu yarışlarında fərqlənib. O, Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Moscow wushu stars-2017” turnirində qüvvəsini sınayıb.

Beynəlxalq yarışda 4 döyüş keçirən P.Abdullayev bütün rəqiblərinə qalib gəlib. Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz bu qələbələr sayəsində Moskvadakı yarışın çempionu adını qazanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/188912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR