Deputatdan İLGİNC TƏKLİF: "İş zamanı ödənişli cinsi əlaqə fasiləsi olsun"

Deputatdan İLGİNC TƏKLİF: "İş zamanı ödənişli cinsi əlaqə fasiləsi olsun"
20:05 22 Fevral 2017
1242 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçli siyasətçi parlamentə "personala iş saatları daxilində cinsi əlaqəyə girmək şəraiti" yaradılması barədə təklif təqdim edib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, İsveçin Övertornea Bələdiyyəsinin sosial demokratlara aid üzvü Per-Erik Muskos cinsi əlaqənin sağlam həyat faktorlarından biri olduğunu səbəb göstərərək bu təklifi edib.

Məclis üzvü Per-Erik Muskos doğum nisbətinin azalmasına diqqət çəkərək "Doğuşlar artırılmalıdır. Ayrıca cinsi münasibətin mükəmməl bir gimnastika şəkli olduğu kimi, insanı xoşbəxtliyə aparan müsbət təsirlərə malik olduğu elmdə də təsdiqini tapıb. Beləcə bir daşla iki quş vurmuş olarıq" deyib.

Məclis üzvü evli olmayan işçilərin "ödənişli cinsi əlaqə saatından" faydalanmasının vacibliyindən danışıb.

Muskosun təklifi məclis üzvləri arasında gülüşlə qarşılanıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR