"Oskar" tarixində bir ilk

"Oskar" tarixində bir ilk
21:22 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

1929-cu ildən bu günə kimi film sahəsində ən prestişli mükafatlandırma mərasimlərindən sayılan "Oskar"ın tarixində bir ilk yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ilk dəfə olaraq bütün nominasiyalarda qaradərili namizədlərin də adı var. Həmin namizədlərdən bəzisi bunlardır:

Ən yaxşı aktyor - Denzel Vaşinqton "Fences" ("Barmaqlıqlar")

Ən yaxşı aktrisa - Oktavia Spenser "Hidden Figures" ("Gizli fiqurlar")

Ən yaxşı aktrisa - Rut Neqqa "Loving" ("Sevgi dolu")

Ən yaxşı köməkçi aktrisa - Viola Devis "Fences" ("Barmaqlıqlar")

Ən yaxşı köməkçi aktrisa - Naomi Harris "Moonligth" ("Ay işığı")

Ən yaxşı köməkçi aktyor - Əli Maherşala "Moonligth" ("Ay işığı")

Tədbir fevralın 26-da baş tutacaq.

Qeyd edək ki, keçən il təşkil olunan "Oskar"da nominasiyalara yalnız ağdərili namizədlərin adının təqdim olunması müsabiqənin irqçilikdə ittiham edilməsinə səbəb olmuşdu. Builki tədbirdə həmçinin ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı həyata keçirdiyi siyasətinin də kəskin tənqid olunacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR