İdman ayaqqabısının içinə bir çimdik soda tökün - TÖVSİYƏLƏR

İdman ayaqqabısının içinə bir çimdik soda tökün - TÖVSİYƏLƏR
21:27 22 Fevral 2017
141 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hər mövsüm yeni bir geyim almağa imkanınız yoxdur? Olan paltarlarınız isə köhnə və yararsız görünür? Kənara atıb, əlavə məsrəf etməyə ehtiyac yoxdur əslində. Milli.Az lent.az-a istinadən bildirir ki, köhnə geyimlərinizin yeni kimi görünməsinə nail ola bilərsiniz. Bunun üçün aşağıdakı məsləhətlərdən yararlanın.

Boşalmış jaketlərinizi geyinmədən 3-4 saat əvvəl dondurucuya qoyun, donu açıldıqdan sonra özünə gəldiyini görəcəksiniz. Eyni üsulu cins şalvarlar üçün də edə bilərsiniz.

Geyimlərinizi ütüləmədən qırışlarını açmağın yolu:
 
Duşa girərkən asılqandan asdığınız geyimi hamama asın. Nəm və istinin təsirindən qırışlar açılacaq.
 
Çox yüksək istiliyə qoyulmamış saç düzləşdirici ilə kiçik qırışların üstündən gedə bilərsiniz.
 
Yuma prosesi bitər-bitməz geyimlərinizi düzgün şəkildə assanız, daha az qırışar.
 
Dəri ayaqqabılarınızı parıldatmaq üçün şüşə siləndən istifadə edin. Bu, onları daha yeni göstərəcək.
 
Dəri ayaqqabılarınızda olan ləkələrdən sirkə və diş fırçasının yardımı ilə qurtula bilərsiniz.
 
Dəri ayaqqabınızı parıldadacaq boya yoxdursa, üzülməyin. Bir parça və nəmləndirici ilə ayaqqabılarınızı pırıl-pırıl edəcəksiniz.
 
 
Eynəklərinizin kənar dəmirləri boşalmadan əvvəl həmin bölgələrə şəffaf dırnaq boyası vurun.
 
Şəffaf dırnaq boyası ilə düymələrinizin düşməsini də əngəlləyə bilərsiniz.
 
Kapron corab və taytların bir neçə dəfə istifadədən sonra elastikliyini itirib boşalmasından bezənlərin diqqətinə. Aldığınız corab, ya taytı dondurucuya qoyun. Bir gecə saxladıqdan sonra çıxarın.
 
İncə corabların üzərinə saç spreyi sıxmaq da işə yarayır.
 
İdman ayaqqabınızın içinə gün sonunda həm qoxu, həm də təri getsin deyə bir çimdik soda tökün.
 
Dəri ayaqqabılarda sürtünmə nəticəsində yaranan cızıqları vazelin və qulaq çöpü ilə yox edə bilərsiniz.
 
Rəngli və şəkli tez pozulan espadril ayaqqabıların üzərindən bal şamı ilə keçin. Sonra saç qurutma aləti ilə əriyənə qədər qurudun.
 
Yuma prosesində geyimlərinizin rəngi getməsin deyə onları tərs üzünə yuyun.
 
Paltaryuyan maşına atacağınız bir çimdik duz da geyimlərinizin rənglərini qorumaq üçün istifadə edə biləcəyiniz bir digər üsuldur.
 
Zəncirli geyimlərinizi yumadan əvvəl zəncirlərini tam bağlayın.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR