Runinin Çinə transferi baş tutacaqmı?

Runinin Çinə transferi baş tutacaqmı?
21:27 22 Fevral 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in hücumçusu Ueyn Runi klubda qalacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçuya Çindən əlverişli təklif gəlib. Runi bunu qəbul etsəydi, həftədə 1 milyon funt qazana bilərdi. Amma "united" rəhbərliyi buna icazə verməyib. Runinin "qırmızı şeytanlar"la müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. Onun xidmətlərində "Guangzhou Evergrande" və "Beijin Guoan" maraqlıdır. Çində transfer pəncərəsi fevralın 28-də bağlanır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR