İŞİD-in səhra komandiri öldürüldü

İŞİD-in səhra komandiri öldürüldü
21:28 22 Fevral 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın şərqində İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri Əbu Farik əl-Amerikinin meyiti aşkarlanıb.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, onun meyiti Markada yaşayış məntəqəsinin bazarında tapılıb.

Əbu Farik əl-Amerikinin kim tərəfindən öldürüldüyü məlum deyil. Məlumata görə, bu yaxınlarda Suriyanın şərqində naməlum şəxslər tərəfindən İŞİD-in bir neçə yüksək rütbəli üzvü qətlə yetirilib. Ehtimala görə, onları terrorçuların özləri də öldürə bilərdi.

Qeyd edək ki, Əbu Farik əl-Amerikinin ABŞ vətəndaşı olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR