Gürcüstandan Azərbaycana idxal artıb - Əsasən nə gətirilir?

Gürcüstandan Azərbaycana idxal artıb - Əsasən nə gətirilir?
21:47 22 Fevral 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ilin yanvarında Azərbaycan Gürcüstandan məhsul idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 9,34 milyon dollaradək artırıb.

Milli.Az bildirir ki, Trend bu barədə Gürcüstan Statistika Xidmətinin hesabatına əsasən məlumat verir.

Gürcüstanın ixracatında Azərbaycanın payı 5,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin yanvarında 3,1 faizə bərabər olub.

Statistikaya əsasən, Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci ilin yanvarında 73,36 milyon dollar təşkil edib. Gürcüstanın xarici ticarət əməliyyatlarında Azərbaycanın xüsusi çəkisi 11,3 faizə bərabər olub.

Gürcüstandan idxal göstəricisində əsas yer boruların payına düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR