"Real" "Yuventus"un bir oyunçusuna 2 futbolçusunu verməyə hazırdır

"Real" "Yuventus"un bir oyunçusuna 2 futbolçusunu verməyə hazırdır
21:57 22 Fevral 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ İspaniyanın "Real" klubu "Yuventus"un (İtaliya) bosniyalı futbolçusu Miralem Pyaniç ilə güclənməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Avropa KİV-i yazıb.
Məlumata görə, İtaliya klubu ilə danışıqlar yaxın günlərdə başlamalıdır. Kral klubu yarımmüdafiəçinin komandaya keçidi üçün turinlilərə İsko və Xames Rodriqesi verməyə hazırdır. Hər iki futbolçu bu yay transferə çıxarılmalıdır.
Bosniyalı futbolçu cari mövsümdə "Qoca Sinyora"nın heyətində 19 oyun keçirib və 5 dəfə fərqlənməyi bacarıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-yuventus-un-bir-oyuncusuna-2-futbolcusunu-vermeye-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR