"Maradona "Tottenhem"ə keçə bilərdi"

"Maradona "Tottenhem"ə keçə bilərdi"
22:17 22 Fevral 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

"Tottenhem"in sabiq futbolçusu Teddi Şerinqem 1993-cü ildə Maradonanın London klubuna transfer olunmaq ehtimalı olduğunu açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Şerinqem həmin vaxt komandanı çalışdıran argentinalı Osvaldo Ardilesin həmyerlisi ilə danışıqlar apardığını qeyd edib.

"Həmin illərdə Ardileslə yaxşı münasibətlərim vardı. Komandanın kapitanı idim. Osvaldo mənə yaxınlaşıb dedi: "Sənin məsləhətin lazımdır. Bir nəfərin transferini həll etmək istəyirəm - Diyeqo Maradonanın". Dedim: "Ciddi deyirsən? Tez ol, imkanı əldən buraxma". Osvaldo onunla danışıqlar apardığını bildirdi. Maradona ilə oynamaq arzusunda idim. 3 gün sonra Ardiles yaxınlaşıb mənə dedi ki, firkindən daşınıb. Həmin vaxt Maradonanın adı neqativ hadisələrlə hallanırdı".

1991-ci ildə "Napoli"nin şərəfini qoruyan Maradona narkotik maddələri saxlama və istifadə etmək ittihamı ilə 14 ay azadlıqdan məhrum edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR