Mebel sexi yanıb

Mebel sexi yanıb
22:42 22 Fevral 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonu, Xındırıstan kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 m2 olan mebel sexinin içərisində 20 m2 sahəyə yığılmış taxta materialları, 8 ədəd masa, 3 ədəd divan və 4 ədəd mətbəx mebeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın saat 19:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/520282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR