58 yaşlı kişiyə inək ağır xəsarət yetirdi

58 yaşlı kişiyə inək ağır xəsarət yetirdi
22:57 22 Fevral 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl rayon sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Vidadi kənd sakini, 1959-cu il təvəllüdlü Bəhrəm Bayramov qarın nahiyəsinin ağır xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat olunub.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, V. Bayramov tövlədə inəyə qulluq edən zaman heyvan onu vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/520285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR