"Falkaonun necə penalti vurduğunu öyrənmişdim"

"Falkaonun necə penalti vurduğunu öyrənmişdim"
23:37 22 Fevral 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsində "Monako"ya qarşı keçirdiyi ilk oyunda 5:3 hesablı qələbə qazanıb. "Moneqasklar"ın hücumçusu Radamel Falkao dubla imza atsa da, bir penaltini qaçırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, həmin zərbəni dəf edən "Siti"nin qolkiperi Vili Kabalyero əvvəldən buna hazırlıqlı olduğunu bildirib.

"Xoşbəxtlikdən, düzgün istiqamətdə tullandım. Falkao və "Monako" futbolçularının penaltini necə yerinə yetirdiklərini oyundan əvvəl öyrənmişdim. Biraz da bəxtim gətirdi" - çilili qapıçı deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR