Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?
23:52 22 Fevral 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Sevinc Əlizadənin yazısını təqdim edir.

Gələcəkdə öz ayaqları üstündə möhkəm dayanmaq üçün yola çıxan balacalardan ailə və müəllimlərinin tələbləri yüksəkdir. Məktəb dövründən başlayan bu hekayə universitet və daha sonrakı pillələrdə uşaqların həm də böyüməyinə yardım edir. Uşaq öyrəndikcə müvəffəqiyyəti artır. Hər qazanılan uğur uşağın şəxsiyyətinə böyük təsir edir. Ona görə də valideynlər uşağın şəxsiyyətinə zərər vermədən öz potensiallarını düzgün şəkildə istifadə etməkdə onlara yardımçı olmalıdırlar.

Dərsdə uğur qazanmaq üçün:
 
1. Zəka səviyyəsi - ağlından düzgün istifadə etmək uşaqlara verilən ən böyük hədiyyədir. Məsələn, nəzərə alaq ki, məhsuldar torpaqlarda biz daha çox əkin becərə bilirik. Lakin torpaq məhsuldar deyilsə və bizə heç bir xeyri yoxdursa, onda biz bir neçə yollarla onu məhsuldar edə bilərik. Amma hər şeydən əvvəl biz torpağın tərkibində nəyin çatışmadığını öyrənməliyik və bir çox əlavə dəstəklərlə onu məhsuldar hala gətiririk. Bəzən nisbətən zəif uşaqlardan yüksək nəticələr gözləyirik və onları öz istəklərimizlə tək başına qoyuruq. Bu da uşaqların dərslərlə əlaqəsinin tamamilə pozulmasına səbəb olur. Uşaqlar özlərini yetərsiz hiss etməyə başlayırlar. Nəzərə alaq ki, müvəffəqiyyət təkcə riyaziyyatı yaxşı bilməklə qazanılmır.
 
2. Psixoloji xəstəliklər - bildiyimiz kimi, öyrənmək beynin həyata keçirtdiyi funksiyadır. Diqqət əskikliyi, hiperaktivlik beynin öyrənmək funksiyasını zəiflədir. Dərs oxumayan, tənbəlliklə günahlandırılan uşaqlar bu səbəbdən zəiflik göstərirlər.
 
3. Ailə həyatı və stress - İşləmək enerji tələbatı çox olan bir beyin funksiyasıdır. Uşaqların hər zaman mənəvi dəstəyə ehtiyacı var. Ailə problemləri uşağın bütün motivasiyasını və enerjisini ala bilər. Problemli ailələrdə valideynlər uşaqların dərsdəki uğurlarıyla çox da maraqlanmırlar. Ailədəki hər hansı kiçik bir problem belə, uşağın dərslərinə təsir edir. Xüsusilə də yaxşı qiymətlər alan uşağın birdən-birə zəifləməsi ailə problemlərindən xəbərdarlıq edər. Valideynlər uşağın dərsləri ilə nə qədər yaxından məşğul olarsa, həmçinin məktəbdə nələr etdiyi ilə maraqlanarsa, uşağa məktəbin nə qədər vacib olduğu ilə bağlı bir siqnal vermiş olar.
 
4. Dostlar qazanmaq - Məktəbdə savadlı bir şagird olmaq, böyüklər tərəfindən yüksək qiymətləndirilmək və dəstəklənmək bir çox uşaq üçün olduqca vacibdir. Digər tərəfdən də uşağın dostlarının onun savadına verdiyi qiymət də çox önəmlidir. Tədqiqatlar göstərir ki, sinifdə hamı tərəfindən tənbəl sayılan və güclü diqqət əskikliyi olan uşaq müalicə aldıqdan sonra özünü sinif yoldaşları arasında təsdiqləməyə başlamış və tənbəl statusu yox olaraq öyrənmək motivasiyası daha da artmışdır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/520077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR